Türkiyəyə Getmədən Qiyabi Təhsil :
Türkiyənin Atatürk Dövlət Universitetinə qəbul olaraq Türkiyəyə getmədən qiyabi təhsil ala bilərsiniz. Dərsləri OBS (Tələbə Məlumat Sistemi)-dən oxuyaraq və ya video dərslikləri izləyərək semestr imtahanlarına hazırlaşırsınız. Semestr imtahanlarını Bakıdaki imtahan mərkəzində verə bilərsiniz. Tədris müddəti 4 ildir. Proqram yalnız Bakalavr pilləsinə qəbul olanlar üçündür.
Qiyabi təhsil aldıqda çağırışçılara hərbi xidmətdən möhlət hüququ verilmir !
İllik təhsil haqqı: 600 AZN
Rusiyada Qiyabi Təhsil:
Rusiyanın bir çox dövlət və özəl universitetlərində Bakalavr və ya Magistr pilləsinə qəbul olaraq qiyabi təhsil ala bilərsiniz. Qiyabi təhsil müddəti boyunca siz hər semestr minimal 14 gün olmaqla universitetin semestr imtahanlarında iştirak etməlisiniz. Əks təqdirdə diplomunuz tanınmayacaq.
Bəzi ixtisaslar var ki (məsələn: Müəllimlik ixtisasları), qiyabi şəkildə Rusiya universitetlərində mövcuddur, lakin bu ixtisasların qiyabi diplomu vətəndaşı olduğunuz ölkədə keçərli olmaya bilər. Ona görə də Rusiyada qiyabi təhsil almaq istəyərkən mütləq şəkildə mütəxəssislə məsləhətləşməlisiniz !
Qiyabi təhsil aldıqda çağırışçılara hərbi xidmətdən möhlət hüququ verilmir !
İllik təhsil haqqı: minimal təhsil haqqı 1000 AZN-dən başlayır.