Bakalavr pilləsi üçün lazımi sənədlər
- Xarici passport
- Attestat (Apostil və Azərbaycan dilinə tərcümə olunmalıdır)
- Transkript (9-10-11ci sinif qiymət cədvəli)

Dil tələbi: Namizədlər Azərbaycan, Rus və ya İngilis dilində bilməsi vacibdir. Əks halda seçdiyi ixtisas və dil üzrə 1 il hazırlıq pilləsində oxuduqdan sonra bakalavr pilləsinə başlayacaq. (Hazırlıq mərhələsində oğlanlara hərbi xidmətdən möhlət hüququ verilir)

Sağlamlıq: Azərbaycanda universitetə qəbul olan əcnəbi tələbələr Miqrasiya Xidmətində sağlamlıq yoxlanışlarından keçəcəklər. Ona görə də gələn tələbələrin əvvəlcədən öz ölkələrində Qan analizi, Hepatit B və C analizi, Ümumi sağlamlıq yoxlanışından keçməkləri və nəticələrin müsbət olduğundan əmin olmalıdırlar.

Həm xarici ölkənin həm də Azərbaycan Respublikasının vətəndaşı olan (ikili vətəndaşlığı olan) namizədlər qəbul olunmayacaqdır. Və ya əcnəbi tələbə kimi qəbul olduqda Dövlət Miqrasiya Xidmətindən qeydiyyatdan keçə bilməyəcək və universitetdən xaric olunacaqlar!